Dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Lent.az xəbər verir ki, Nəsimi rayonunda bir nəfər onu aldadaraq 12000 dollarının ələ keçirilməsi ilə bağlı polisə məlumat verib. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, 31 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.