Moskvanın Plexanov küçəsində mənzillərin birinə gələn prokurorluq işçiləri dəhşətli mənzərə ilə qarşılaşıblar.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar zibil içində olan mənzildə 8 aylıq ac qalmış əkizləri tapıblar.
Xəstəxanaya yerləşdirilən uşaqların uzun müddətdir qidalanmadığı aşkar olunub. Körpələrin vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırmalar zamanı məlum olub ki, onları valideynləri atıb gedib.