Rusiyada azərbaycanlı kişi Daxili İşlər Nazirliyinin Baş İdarəsini məhkəməyə verib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Arbitraj Məhkəməsinə fərdi sahibkar Anar Babayevdən Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinə qarşı iddia daxil olub. Azərbaycanda anadan olan şəxs tərcüməçi xidməti göstərdiyi üçün polisdən 11 milyon rubl (təxminən 211 min 200 manat) borcunu almağa çalışır. Məhkəmə iddianı icraata qəbul edib.
Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin edilib. Daxili İşlər Nazirliyinin Baş İdarəsinə həmin şəxsin tərcümədə köməklik etdiyi sənədlərin surətlərini hazırlamaq tapşırılıb.