Azərbaycan Kooperasiya Universitetinə məxsus avtomobil cərimələnib.
Lent.az-ın məlumatına görə, universitetə məxsus yol polisi əməkdaşı tərəfindən saxlanılıb və ona cərimə yazılıb. Avtomobil barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Qeyd edək ki, həmin maddə əsasında Azərbaycan Kooperasiya Universitetini 300 manat məbləğində cərimə gözləyir.