Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” şaxtasında baş vermiş qəzada daha 20 nəfərin meyiti tapılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 40 nəfərin meyiti hələ də torpaq altındadır.
Cəsədlərin oradan çıxarılması üçün işlər davam edir.
Qeyd edək ki, hadisə noyabrın 25-də baş verib. Qəza zamanı 43-ü xilasedici olmaqla 98 nəfər həyatını itirib.