"Crocus"…qanlı terrordan sonra - FOTOREPORTAJ
23 mart 2024 18:27 (UTC +04:00)

"Crocus"…qanlı terrordan sonra - FOTOREPORTAJ

Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktı bütün Rusiyanı şoka salıb.

Lent.az APA-nın Moskva müxbiri Fərid Əkbərovun terrorun törədildiyi məkandan reportajını təqdim edir.

Moskva metropoliteninin "Myakinino" stansiyası...Bu metro stansiyası məhz paytaxt sakinlərinin "Crocus City” ticarət və əyləncə mərkəzinə rahat gələ bilmələri üçün Azərbaycan əsilli iş adamı Araz Ağalarov tərəfindən inşa olunub. Metro stansiyası inşa olunarkən sakinlərin rahatlığı nəzərə alınıb. Belə ki, metronun "Crocus City"dəki obyektlərin çoxuna birbaşa çıxışı mövcuddur.

Məhz ona görə də, terrordan dərhal sonra metronun "Crocus City Hall" istiqamətində çıxışı sakinlər üçün bağlanmışdı.

Polis və metropoliten əməkdaşları bizi əks istiqamətə yönəldirlər. Əks istiqamətdə çıxış isə Azərbaycanın xalq artisti Roya Ayxanın konsertinin (terror səbəbindən təxirə salınıb - red) planlaşdırıldığı zalın yerləşdiyi Vegas City-yə çıxarır.

Terror aktı səbəbindən "Crocus City"-dəki bütün obyektlər fəaliyyətini dayandırıb.

Əraziyə çoxlu sayda yük avtomobilləri cəlb olunub. Hadisə yerində polis, istintaq komitəsinin əməkdaşları, eləcə də mülki geyimdə xüsusi xidmət orqanları və digər güc strukturlarının əməkdaşları xidmət aparırlar.

Terrorun baş verdiyi "Crocus City Hall"-un yaxınlığına heç kəs buraxılmır. Amma dünən gecədən fərqli olaraq ətraf əraziyə, yəni terrorun baş verdiyi binanın yanında yerləşən "Crocus Expo" sərgi mərkəzinə yaxınlaşma sərbəstdir.

Moskva sakinləri, eləcə də yerli və xarici media nümayəndələri "Crocus City Hall" -un ətrafındakı avtomobil dayanacağında toplaşıblar. Polis və yük avtomobillərindən ibarət kordon terrorun baş verdiyi binanı ancaq 50 metr məsafədən görüntüləməyə imkan verir.

“Crocus City Hall”ın Müslüm Maqomayev adına konsert salonu…terrorun baş verdiyi məkan…Binanın ikinci və üçüncü mərtəbələr demək olar ki, yanıb, kül olub. Damın bir hissəsi çöküb. İndiyə kimi binada yanğından sonra dağıntılar altında qalan, eyni zamanda yanğının tüstüsündən boğulan, yanğın pilləkənlərində, eləcə də tualet otağında olan qalan onlarla insanların meyitləri çıxardılaraq morqlara daşınır.

Moskva sakinləri əllərində gül "Crocus City Hall"-un avtomobil dayanacağında quraşdırılan lövhəyə yaxınlaşırlar. Polis onlara maneə olmur. İnsanlar gül dəstələrini düzüb terror aktında həlak olanların yaxınlarının kədərlərini bölüşürlər.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

# 3177
avatar

Oxşar yazılar

Bakıda kişi kanalizasiya quyusuna  düşüb öldü

Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü

2 may 2024 , 09:57
Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

2 may 2024 , 09:23
Şamaxıda DƏHŞƏT:  kafenin həyətində özünü asdı

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

2 may 2024 , 09:20
Bakıda ev yandı, ölən var

Bakıda ev yandı, ölən var

2 may 2024 , 09:11
Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07
Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22
NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10