Bakıda COVID-19 testi verməyən azyaşlıya pozitiv olması barədə bildiriş gəlib.
Lent.az xəbər verir ki, bu barədə şikayətçi Arzu Muradova sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, fevralın 8-də 5 yaşlı oğlu Murad Muradovun koronavirus testinin pozitiv olması barədə telefonuna mesaj gəlib. A.Muradova isə oğlu Muradın ümumiyyətlə COVID-19 testi vermədiyini qeyd edib.
O, həmçinin, əlavə edib ki, fevralın 4-də yaxma üsulu ilə test götürülən 2 yaşlı oğlu Nihad Muradova isə neqativ olması barədə bildiriş gəlib.
Göndərilən test cavabları