Cibgir qardaşlar tutuldu -  FOTO
01 aprel 2022 11:36 (UTC +04:00)

Cibgir qardaşlar tutuldu - FOTO

Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliağa Adıgözəlov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a məlumata görə, polis idarəsində onun üzərinə baxış keçirilən zaman əlindəki qutudan 1 ədəd “TOZ” markalı odlu silah aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cari ilin müxtəlif vaxtlarında qardaşı Umud Adıgözəlov ilə birlikdə sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etmələri məlum olub. Araşdırma zamanı həmin şəxslərin 4 vətəndaşın çantasından mobil telefon oğurladıqları müəyyən edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

# 1437
avatar

Mehman Nəbiyev

Oxşar yazılar