Çətənə kollarını özü üçün əkmişdi - QİSMƏT OLMADI
14 may 2021 12:06 (UTC +04:00)

Çətənə kollarını özü üçün əkmişdi - QİSMƏT OLMADI

Hacıqabulda narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mübariz Abasov yaşadığı evin yaxınlığında saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 15 ədəd çətənə bitkisi aşkarlanıb.

Dindirilmə zamanı M. Abasov törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Hacıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış ondan heroin aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işiaçılıb, araşdırmaaparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Oxşar yazılar