Cəlilabadda yük avtomobili yanıb.
Hadisə Cəlilabad rayonunun Sərhədabad kəndində qeydə alınıb.
Rəfət Yaqubovun idarə etdiyi QAZ-053 markalı yük avtomobili örüş sahəsindən küləş bağlaması daşıyarkən, yolun müəyyən hissəsində avtomobilin yük yerində yerləşən bağlamalar elektrik xətlərinə toxunub və nəticədə yanğın baş verib.
Yanğın nəticəsində avtomobil və yükü tamamilə yanıb. Sürücü R.Yaqubov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və dərhal xəstəxanaya hospitalizasiya olunub. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır./APA