“Çayqırağı” kafesi
13 dekabr 2020 10:27 (UTC +04:00)

“Çayqırağı” kafesi

“Çayqırağı”nın sahibi və müştəriləri saxlandı-FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xocalı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə  regional qrupundan APA-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı  Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində “Çayqırağı” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Obyektin sahibi Mikayıl Hümbətov ilə yanaşı onun müştəriləri Akif Dəmirçiyev, Zaur Əliyev, Arif Quliyev, Fikrət Məmmədov, Şövqü Həsənov və Tayfun Cavadov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Oxşar yazılar