Bu tiktokerlər həbsdən buraxıldı  - YENİLƏNİB
30 may 2025 15:40 (UTC +04:00)

Bu tiktokerlər həbsdən buraxıldı - YENİLƏNİB

Həbsdə olan tiktoker Emin Abdullayev də ev dustaqlığına buraxılıb.

Lent.az APA-ya istinadla bildirir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.

Məhkəmə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

***
14:57

"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadə və "Tosu" ləqəbli tiktoker Məhərrəm Həsənov ev dustaqlığına buraxılıblar.

Lent.az tiktokerlərə istinadla xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, tiktokerlər polis tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500

Oxşar yazılar