Bu şirkət 20 min manat  cərimələndi
11 iyun 2021 15:57 (UTC +04:00)

Bu şirkət 20 min manat cərimələndi

“Arzulu firması” ASC-yə inzibati tənbeh tətbiq edilib.

Qazax rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Arzulu firması” ASC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Qazax rayon prokurorluğunda yoxlama aparılıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Arzulu firması” ASC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Mehman Nəbiyev

Oxşar yazılar