Bu prokurorların işinə xitam verildi - FOTO
23 sentyabr 2022 16:00 (UTC +04:00)

Bu prokurorların işinə xitam verildi - FOTO

Bir neçə prokuror prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlu, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu və Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunu qulluq keçmələrinə xitam verilib. Bununla əlaqədar Baş prokuror Kamran Əliyev sentyabrın 23-də Baş Prokurorluğun inzibati binasında qəbul edib, Mövlud Osmanov və Firdovsi Nemətlini prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər.

# 2025
avatar

Oxşar yazılar

Bakıda əcnəbi biznesmen işlətdiyi restoranda öldü

Bakıda əcnəbi biznesmen işlətdiyi restoranda öldü

2 dekabr 2022 , 09:11
Bu küçələrdə sıxlıq var - SİYAHI

Bu küçələrdə sıxlıq var - SİYAHI

2 dekabr 2022 , 08:35
İnşaatçılar prospektində gənc oğlanı maşın vurdu, vəziyyəti...

İnşaatçılar prospektində gənc oğlanı maşın vurdu, vəziyyəti...

2 dekabr 2022 , 08:33
23 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi

23 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi

2 dekabr 2022 , 08:00
Minik avtomobili evakuatora çırpıldı, xəsarət alan var -FOTO

Minik avtomobili evakuatora çırpıldı, xəsarət alan var -FOTO

2 dekabr 2022 , 02:49
Bakıda 6 avtomobil toqquşdu – YARALI VAR  -FOTO

Bakıda 6 avtomobil toqquşdu – YARALI VAR -FOTO

2 dekabr 2022 , 01:30
Avtomobil işıq dirəyinə çırpıldı, 1 YARALI  -FOTO

Avtomobil işıq dirəyinə çırpıldı, 1 YARALI -FOTO

2 dekabr 2022 , 01:19
88 il əvvəlki qətlin SİRRİ: Azərbaycana 5 il rəhbərlik etmiş  Kirov niyə öldürülmüşdü?

88 il əvvəlki qətlin SİRRİ: Azərbaycana 5 il rəhbərlik etmiş Kirov niyə öldürülmüşdü?

1 dekabr 2022 , 20:15