Bu gün Günəşdə səkkiz partlayış  baş verib
29 iyul 2024 00:30 (UTC +04:00)

Bu gün Günəşdə səkkiz partlayış baş verib

Rusiyanın Tətbiqi Geofizika İnstitutundan verilən məlumata görə, alimlər iyulun 28-də Günəşdə səkkiz güclü partdayış qeydə alıblar.

Lent.az xəbər verir ki, birinci partlayış Bakı vaxtı ilə saat 03:51-də, sonuncu partlayış isə isə saat 16:22-də baş verib.

Partlayışların ən böyüyü və rentgen şüalarına yaxın olanı 03:57-də baş verib.

Bundan əlavə, silsilə partlayışlardan sonra Günəş şüalarının Yerin ionosfer qatına təsir səviyyəsi beş indikator şkalasında R2-yə (orta) yüksəlib. Qeyd edək ki, burada ən yüksək səviyyə R5 (ekstremal) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar