Biləsuvarda DƏHŞƏT:  4 uşaq atası özünü asdı
27 mart 2025 13:54 (UTC +04:00)

Biləsuvarda DƏHŞƏT: 4 uşaq atası özünü asdı

Biləsuvarda intihar hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.

Kənd sakini 49 yaşlı Qabil Kazımov səhər saatlarında yaşadıqları evin həyətində olan yem anbarında özünü asaraq intihar edib.

Q. Kazımovun bu addımı atmasına səbəb səhhətində yaranan problemlərin olduğu deyilir.

Qardaşının sözlərinə görə, o, səhhəti ilə əlaqədar işləyə bimirdi. Son vaxtlar ailə ehtiyaclarına görə sıxılırdı: "Ünvanlı dövlət sosial yardımına müraciət etmişdi, müəyyən səbəbdən imtina verilmişdi".

Qeyd edək ki, Q. Kazımov 4 uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1556

Oxşar yazılar