Bələdiyyə sədri cinayət başında tutuldu - RƏSMİ
19 aprel 2021 12:20 (UTC +04:00)

Bələdiyyə sədri cinayət başında tutuldu - RƏSMİ

İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Dəmirov Akif  Balaməmməd oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, belə ki, keçirilmiş əməliyyat tədbirləri ilə Akif Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Akif Dəmirova 17 aprel 2021-ci il tarixdə CM-in 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3116

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35