Baş prokuror qanun pozuntularının  araşdırılmasına göstəriş verdi
19 iyul 2024 15:00 (UTC +04:00)

Baş prokuror qanun pozuntularının araşdırılmasına göstəriş verdi

Baş prokuror Qusar rayonunda vətəndaşları qəbul edib

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 19-da Baş prokuror Kamran Əliyev Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba, Xaçmaz rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən nəfər 16 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar