Direktor Gülnarə Abdullayeva
13 avqust 2021 17:00 (UTC +04:00)

Direktor Gülnarə Abdullayeva

Barəsində cinayət işi açılan məktəb direktoru ilə bağlı İLGİNC FAKTLAR

Baş Prokurorluq tərəfindən barəsində cinayət işi açılan 11 saylı internat məktəbinin direktoru Gülnarə Abdullayevanın adı əvvəllər də qalmaqallı məsələlərdə hallanıb.

Lent.az xəbər verir ki, Bilgəhdə yerləşən 11 saylı internat məktəbində hələ 2014-cü ildə dəhşətli faktlar ortaya çıxıb. Belə ki, o zaman həmin məktəb şagirdlərinin tualetdə soyuq su ilə çimizdirilməsi barədə mətbuatda və sosial şəbəkələrdə görüntülər yayılıb. Faktlarla əlaqəli cəmiyyət arasında məktəbin gigiyena qaydalarına riayət etməməsi, natəmizlik olması, şagirdlərə laqeyd münasibət göstərilməsi ilə bağlı şübhələr yaranıb.

Bundan sonra bir sıra media orqanları hadisəni araşdırmaq üçün internat məktəbinə üz tutublar, reportajlar hazırlanıb. Uşaqların tualetdə soyuq su ilə çimizdirilməsindən bir müddət əvvəl isə həmin müəssisədə Surxay adlı uşağın internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırması barədə məlumatlar yayılmışdı.

Olanlardan sonra direktor Gülnarə Abdullayeva mətbuata qalmaqallı açıqlama verib. Xanım direktor açıqlamasında bildirib ki, t\əmsil etdiyi təhsil müəssisəsində olan yataqlar heç bəzi zəngin ailələrinin evində yoxdur: “Gəlib gözlərinizlə görə bilərsiniz ki, uşaqlar necə səliqəli saxlanılır. Sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsinə xüsusi diqqət edilir. Onların təmiz paltarları var, iki qat yataqları var. Hansı ki, zəngin ailələrdə belə yataqlar yoxdur. Xalçalarımız vaxtaşırı yuyulur. Uşaqlar klassik musiqi konsertlərinə, operaya aparılır".

Həmçinin qalmaqallı məsələlərdən biri də 2020-ci il fevral-mart aylarında meydana gəlib. Belə ki, 11 saylı internat məktəbi içməli su ilə bağlı tender élan edib. Tenderdə sahibi Miriyev Famil Şamil oğlu olan “Dostluq Servis” MMC qalib olub. Onunla məktəb arasında 2020-ci il martın 16-da 80 min manatlıq müqavilə imzalanıb. Bundan əvvəl isə internat məktəbi çirkab suların daşınması üçün tender élan edib. Bu zaman da sahibi Miriyeva Nailə Mais qızı adlı sahibkarın “Anar Servis” MMC adlı şirkəti tenderin qalibi olub. Onunla da həmin il fevralın 21-də 22 min manatlıq müqavilə bağlanıb. Adı çəkilən hər iki tender qalibi Binəqədi rayonu Azadlıq prospekti, ev 187, mənzil 79 ünvanında dövlət qeydiyyatına alınıb. Bu məsələdə qaranlıq qalan məsələ isə internat məktəbinin nəyə görə 1-2 həftə ərzində eyni ailəyə məxsus olduğu iddia olunan şirkətlərlə 100 minlik müqavilə bağlamasıdır.

Bu iddia ilə bağlı isə Gülnarə Abdullayeva açıqlama verərək iddiaları rədd etmiş və hətta həmin məqaləni dərc edən mətbu orqan haqqında ittihamlar səsləndirmişdi.

Qeyd edək ki, bu gün Baş Prokurorluğun yaydığı məlumata görə, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 saylı internat məktəbinin direktoru Gülnarə Abdullayeva 88 min manatlıq mənimsəmədə ittiham olunur. Müəyyən edilib ki, o, rəsmi sənədlərə yalan məlumatlar qeyd edərək işə gəlməyən müəllimlərin guya işə gəlmələri ilə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin iş saatının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdılaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11628
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45