Bank kartından pul oğurlandı
01 iyun 2023 13:10 (UTC +04:00)

Bank kartından pul oğurlandı

Bakı sakininin bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 25-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 641 manatı oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Vüqar Qafarov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1215
avatar

Oxşar yazılar