"Bandotdel"dən növbəti əməliyyat: odlu silahlar tapıldı
08 yanvar 2021 12:33 (UTC +04:00)

"Bandotdel"dən növbəti əməliyyat: odlu silahlar tapıldı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumatlar əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən “Makarov” markalı tapança, E.Mürşüdovdan “Naqan” tipli tapança, R.İsmayılovdan isə “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 7 ədəd patron və 1 ədəd səsboğucu aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060
avatar

Mehman Nəbiyev

Oxşar yazılar