Balakəndə azyaşlı  dərmandan zəhərləndi
10 yanvar 2025 23:36 (UTC +04:00)

Balakəndə azyaşlı dərmandan zəhərləndi

Balakəndə azyaşlı dərmandan zəhərlənib. 

Lent.az xəbər verir ki, hadisə rayonun Gərəkli kəndində baş verib.

3 yaşlı M. O. yaşadığı ünvanda nəzarətsiz qalaraq nənəsinə məxsus dərman qəbul edib.

Azyaşlı təcili Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə aparılıb.

M. O.ya xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti stabilləşdikdən sonra evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar