Aktauda polis rəisi  saxlanıldı
10 yanvar 2025 16:57 (UTC +04:00)

Aktauda polis rəisi saxlanıldı

Qazaxıstanın Aktau şəhərində Daxili İşlər Nazirliyinin Qərb Regional Hərbi İstintaq İdarəsinin rəisi saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ölkənin təhlükəsizlik xidməti məlumatı təsdiqləyib.

Məlumata görə, idarəyə Muxit Cavqaşev rəhbərlik edir. İşlə bağlı qurumun daha bir əməkdaşı saxlanılsa da, onun adı məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 366-cı (rüşvət alma) maddəsi ilə ibtidai istintaq aparılır. MTN istintaqın maraqları naminə başqa məlumatları açıqlamır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1146
avatar

Oxşar yazılar