Rusiyanın Moskva şəhər məhkəməsi yeni il gecəsi metroda nasist salamı verən bir şəxsi cərimələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə sənədlərinə görə, yanvarın 1-də Moskva vaxtı ilə saat 1:40-da Andrey Molev metronun “Kitay-Qorod” stansiyasında nasist simvollarını açıq nümayiş etdirib. Bundan əlavə, o, nasist salamını qışqırıb.
O, günahını etiraf edib. Molevin üzərinə qoyulan cərimənin məbləği açıqlanmır.
Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsinə əsasən cəza (nasist simvollarının təbliği və ya açıq nümayişi) iki min rubla qədər cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutur.