Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
10 yanvar 2025 15:00 (UTC +04:00)

Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər

Ukraynada kriminal avtoritet istintaq təcridxanasında döyüldükdən sonra ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə paytaxt Kiyevdə yerləşən Lyukanovka təcridxanasında baş verib. Məlumata görə, müxaliflər cəzaçəkmə müəssisəsində “Kizim” ləqəbli avtoritet Andrey Kazımovu döyüblər. Həbsxana mühafizəçilərinin onun döyülməsinə biganə yanaşdıqları bildirilir.

Xəstəxanaya yerləşdirilən avtoritet orada ölüb.

Qeyd edək ki, Andrey Kazımov ötən ilin oktyabr ayında oğurluğa görə Ukrayna Cinayət Məcəlləsinin 185-ci maddəsilə təqsirli bilinib. Dekabr ayında keçirilməsi planlaşdırılan məhkəmə iclası isə 2025-ci il martın 18-nə təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Oxşar yazılar