Bakıda ev qarət olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, aprelin 12-nə keçən gecə İ.Məmmədov küçəsindəki evlərin birindən 10 min manat dəyərində 2 ədəd televizor, kompüter, planşet, kinoteatr və internet avadanlığı oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Tapdıqzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.