Saxlanılan narkotacirlər
23 fevral 2022 14:49 (UTC +04:00)

Saxlanılan narkotacirlər

Bakının mərkəzində ƏMƏLİYYAT: 7 nəfər tutuldu - VİDEO

Bakının Nərimanov rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə narkotiklərin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə, eləcə də 274 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Keçirilən ilk tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Baxşəliyev və Xəyal Məmmədov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Xəyal Məmmədov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Aqil Baxşəliyevdən aldığını bildirib.

Digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Əliyev və Emin Zeynalov saxlanılıblar. Tofiq Əliyevdən ümumilikdə 800 qram heroin, metamfetamin, tiryək, eləcə də yüksək təsiredici xassəyə malik narkotik vasitə  kokain, 274 ədəd psixotrop tərkibli satışı qadağan edilən ekstazi, metadon və tramadol həbləri aşkar edilırək götürülüb. Emin Zeynalovdan isə 1 kiloqram 660 qram heroin aşkar olunub.

Nərimanov rayonunda keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşul olan Elazə Mustafeyeva, Rəşad Aslanov və Yunus İsmayılov tutulublar. Bu şəxslərdən də müxtəlif növdən olan narkotik vasitələr aşkar edilib.

Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə alıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs-qətimkan tədbirləri seçilib.

Bakıda narkokuryerlər saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3684

Oxşar yazılar

Bakıda 19 yaşlı qız binadan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24 may 2025 , 22:35
Bakıda FACİƏ : sürət qatarı piyadanı vurub öldürdü

Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü

24 may 2025 , 21:37
Bakıda kişi yaşadığı evdə ölü tapıldı

Bakıda kişi yaşadığı evdə ölü tapıldı

24 may 2025 , 19:44
Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın  ələ keçirildi

Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın ələ keçirildi

24 may 2025 , 17:52
Mehdiabadda "Opel"i oğurladılar

Mehdiabadda "Opel"i oğurladılar

24 may 2025 , 16:56
Azərbaycanda tələbə faciəvi şəkildə  öldü

Azərbaycanda tələbə faciəvi şəkildə öldü

24 may 2025 , 16:18
Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

24 may 2025 , 15:54
Abşeronda evdən 10 minlik  OĞURLUQ

Abşeronda evdən 10 minlik OĞURLUQ

24 may 2025 , 14:51