Bakıda yük maşını "Opel"lə toqquşdu, ölən var
23 may 2024 09:57 (UTC +04:00)

Bakıda yük maşını "Opel"lə toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan yolunda qeydə alınıb. Əliquliyev Seymur Ağa Əhməd oğlunun idarə etdiyi “Hovo” markalı yük avtomobili Abdullayev Baxşəli Əziz oğlunun idarə etdiyi “Opel” markalı avtomobillə toqquşub.

Nəticədə B. Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Fakt bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Mehman Nəbiyev

Oxşar yazılar