Ötən gün Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Mərdəkan-Zuğulba yolunda “Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə çırpılıb. O da öz növbəsində qarşısında dayanmış digər DYP maşınını vurub.
Göründüyü kimi, DYP maşınının arxasında dayanmış polis əməkdaşı özünü hadisədən son anda qurtara bilib.