Bakıda toya gələnlərin bahalı telefonları OĞURLANDI
24 iyun 2022 18:20 (UTC +04:00)

Bakıda toya gələnlərin bahalı telefonları OĞURLANDI

Bakıda şadlıq sarayında oğurluq hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən “İdeal” şadlıq sarayında baş verib. Belə ki, toyda iştirak edən Kamran Paşayev və Xanhüseyn Dadaşovun bahalı telefonları oğurlanıb.

Onlar bu barədə polisə müraciət ediblər. Daxil olan müraciət əsasında araşdırmalara başlanılıb.

# 2448
avatar

Mehman Nəbiyev

Oxşar yazılar