Bakıda ticarət mərkəzindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində bir nəfərə məxsus 500 manat dəyərində inşaat materialları oğurlanıb.
Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən A.Əhmədov saxlanılıb.
Araşdırma aparılır.