Bakıda KURYOZ OLAY:  tibb bacısı xəstənin qızıllarını  oğurladı
23 oktyabr 2025 11:00 (UTC +04:00)

Bakıda KURYOZ OLAY: tibb bacısı xəstənin qızıllarını oğurladı

0

Bakıda tibb bacısı mənzili qarət edib.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsinin Q. Vəzirov küçəsində qeydə alınıb.

Yaşadığı məhəllədə tibb bacısı kimi xidmət göstərən 36 yaşlı Nərmin Mustafayeva (ad və soyad şərtidir) zərərçəkənin evində olarkən qızılları harada gizlətdiyini görüb:

“Pərvanə cərrahi əməliyyat olunduğu üçün ona sistem qoşurdum. Bir dəfə gördüm ki, o, 2 boyunbağısını şalvarının cibinə qoyaraq, şkafda gizlətdi. Növbəti dəfə sistem qoşmağa gedəndə Pərvanənin evinin qapısı açıq idi. Səslədim qızı çıxdı, gedib qonşudan anasını çağırdı. Bu zaman içəri girdim və həmin qızılları götürdüm. Səhəri günü lombardda 750 manata satdım. Pərvanə zəng edib qızılları oğurladığımı deyəndə, pulunu qaytaracağımı bildirdim. Ancaq ona dəyən ziyanı ödəyə bilmədim”.

Nərmin əməlindən peşman olduğunu deyib və himayəsində azyaşlı övladı olduğu üçün nəzərə alınmasını xahiş edib.

İttiham aktında göstərilir ki, oğurlanan təxminən 10 qrama yaxın qızılın ümumi dəyəri 1200 manat təşkil edib.

Bu əməlinə görə, Nərmin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (evə qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsilə cinayət işi başlanıb.

Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Mustafayev barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1096

Oxşar yazılar