Bakıda qəza törədən sürücü 4 gün sonra öldü
21 aprel 2022 12:59 (UTC +04:00)

Bakıda qəza törədən sürücü 4 gün sonra öldü

Bakıda qəza törədən sürücü dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 16-ı paytaxtın Sabunçu rayonunda baş verib.

68 yaşlı Əliyev Məhəmməd Ramazan oğlu avtomobili maneəyə vuraraq ağır xəsarətlər alıb. O, dərhal Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, M.Əliyev aprelin 20-i dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2535
avatar

Mehman Nəbiyev

Oxşar yazılar