Bakının Binəqədi rayonunda yerləşən Lokomotiv deposunun ərazisində mərmi aşkar edilib.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat yayıb.
Bildirilir ki, mərmini polis əməkdaşı aşkarlayıb. Məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən tapılan sursatın döyüş tətbiqinə yararlı bir ədəd 23 mm-lik zenit mərmisi olduğu müəyyən edilib. Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən müvafiq qaydada ərazidən götürülüb.
Hadisə yerinə və ətraf əraziyə təkrar baxış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.