Bakıda qadın kişi ilə birləşib oğurluqlar etdi
21 avqust 2024 14:09 (UTC +04:00)

Bakıda qadın kişi ilə birləşib oğurluqlar etdi

Bakıda evdən və mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxt sakini olan bir qadının evindən 1300 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul, 1 ədəd noutbuk, məişət avadanlıqlarının, eləcə də rayon ərazisində yerləşən mağazaların birində ödəmə terminalından 1540 manat və gigiyenik məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törətmiş şəxslər - əvvəllər dəfələrlə məhkum olunmuşlar G.Abdullayeva və H.Soltanov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2124
avatar

Oxşar yazılar