Bakıda "Prius"  avtobusa çırpıldı:   4 sərnişin...
06 iyul 2022 09:37 (UTC +04:00)

Bakıda "Prius" avtobusa çırpıldı: 4 sərnişin...

Bakıda marşrut avtobusunun iştirakı ilə qəza olub.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, hadisə Qara Qarayev prospektində, metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında baş verib. “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli marşrut avtobusu dayanacaqda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan "Toyota Prius" markalı minik avtomobili arxadan ona çırpılıb. Daşıyıcı şirkətdən verilən məlumata əsasən, qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb. 

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

# 2748
avatar

Mehman Nəbiyev

Oxşar yazılar