Bakıda piyadanı vurub qaçan  qadın sürücü   tutuldu
05 mart 2022 19:38 (UTC +04:00)

Bakıda piyadanı vurub qaçan qadın sürücü tutuldu

Martın 2-də paytaxtın Nərimanov rayonu ərazisində Abşeron rayon sakini Ş.Əhmədov müəyyən edilməmiş avtomobillə vurulub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ş.Əhmədova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nərimanov rayon Polis İdarəsi, 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan “Volkswagen” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini L.Rüstəmova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2343
avatar

Mehman Nəbiyev

Oxşar yazılar