FHN Mətbuat xidmətinin məlumatı:
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
***
Saat 23:50
FHN Mətbuat xidmətinin məlumatı:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.
***
Saat 23:43
Partlayış Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında qeydə alınıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, kinostudiyanın həyətindəki film çəkilişi üçün nəzərdə tutulan protexniki vasitələr partlayıb.
***
Saat 23:22
Bakının Yasamal rayonunda partlayış baş verib.
Lent.az xıbər verir ki, hadisə yerinə yanğınsöndürənlər gəlib.
Görüntüləri təqdim edirik: