Bakıda narkotacir tutuldu
20 yanvar 2021 11:52 (UTC +04:00)

Bakıda narkotacir tutuldu

Bakının Buzovna qəsəbəsində evdən külli miqdarda narkotik tapılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Əliyev Xəzər rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq, yaşadığı Buzovna qəsəbəsi Albalı bağlar sahəsindəki evdən isə 5 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Mehman Nəbiyev

Oxşar yazılar