Bakıda müştəri mağaza sahibinin telefonunu oğurladı
27 sentyabr 2021 15:05 (UTC +04:00)

Bakıda müştəri mağaza sahibinin telefonunu oğurladı

Bakıda mağazadan telefon oğurlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Ələkbərov sentyabrın 25-də Moskva prospektində ona məxsus mağazaya gələn bir nəfərin mobil telefonunu götürüb qaçdığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş H.Salahov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Mehman Nəbiyev

Oxşar yazılar