Bakıda məşhur restoranda dəhşətli yanğın: söndürüldü  - VİDEO
02 yanvar 2021 17:15 (UTC +04:00)

Bakıda məşhur restoranda dəhşətli yanğın: söndürüldü - VİDEO

Bakıda restoranda başlayan yanğın söndürülüb.
Lent.az FHN-in saytına istinadən məlumat verir ki, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, sosial şəbəkələrdə yanğının baş verdiyi obyektin Keşlə bazarı yaxınlığında yerləşən məşhur "50 qəpik" restoranı olduğu bildirilir.

***
Saat: 16:05

Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Nərimanovda "50 qəpik" restoranı yanır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8475
avatar

Mehman Nəbiyev

Oxşar yazılar