Bakıda "Land Rover" kişini vurub öldürdü
16 mart 2022 10:28 (UTC +04:00)

Bakıda "Land Rover" kişini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə martın 16-ı paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində qeydə alınıb. Qəniyev Ruslan Ədiloviç idarə etdiyi “Land Rover” markalı avtomobillə 51 yaşlı Mirzəyev Güloğlan İsmayıl oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Mehman Nəbiyev

Oxşar yazılar