Bakıda kran sürücüsü  FACİƏVİ   şəkildə öldü
26 avqust 2021 14:26 (UTC +04:00)

Bakıda kran sürücüsü FACİƏVİ şəkildə öldü

Bakıda sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ülfət Şəmiyev Binəqədi şossesində yerləşən “VS Enerji Servis” MMC-nin sifarişi əsasında idarə etdiyi avtokranı və qoşqunu idarə etdiyi zaman avtomaşın ətalətini itirməklə qoşqunun üzərinə aşıb və avtomaşınla qoşqunun arasında qalıb sıxılmaqla ölüb.

Hazırda fakt üzrə Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3246
avatar

Mehman Nəbiyev

Oxşar yazılar