Bakıda kişi küçədə ölüb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu Həsən Əliyev küçəsində qeydə alınıb.
49 yaşlı Tovuz rayon sakini Cəfərov Fazil Bayram oğlu qeyd olunan ünvanda binalardan birinin qarşısında ölüb. Onun böyrək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.