Bakıda "KİA"nı qaçırıb qəza törətdilər
17 noyabr 2021 13:55 (UTC +04:00)

Bakıda "KİA"nı qaçırıb qəza törətdilər

Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanan 2 avtomobilə dəymiş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254
avatar

Mehman Nəbiyev

Oxşar yazılar