Bakıda keçmiş məhkumun meyiti küçədən  TAPILDI
06 iyun 2022 13:53 (UTC +04:00)

Bakıda keçmiş məhkumun meyiti küçədən TAPILDI

Bakıda küçədən naməlum kişi meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu, X. Mustafayev küçəsində qeydə alınıb. Küçədən 25-30 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Araşdırmalarla meyitin əvvəllər məhkum olunmuş 38 yaşlı Eldar Ələsgərova məxsus olduğu üzə çıxıb.

E. Ələsgərovun hansı səbəbdən ölməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

# 1749
avatar

Mehman Nəbiyev

Oxşar yazılar