Bakıda kanalizasiyaya düşən Cümşüdün YENİ VIDEOSU
28 iyun 2025 16:44 (UTC +04:00)

Bakıda kanalizasiyaya düşən Cümşüdün YENİ VIDEOSU

Bakıda kanalizasiya kollektoruna düşən şəxsin daha bir videosu yayılıb.

Lent.az xəbər verir ki, görüntülərdə Cümşüd Cümşüdovun dayandığı yerdə qəfil torpaq çökməsi olduğu və onun quyuya düşdüyü əks olunub.

Hazırda FHN-nin xilasediciləri kollektorun axdığı müxtəlif ünvanlarda axtarış aparırlar.

***
02:21

26 iyun axşam saatlarında paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazisində kanalizasiya quyusuna düşən 27 yaşlı Cümşüd Cümşüdovun axtarışları davam etdirilir.

Lent.az xəbər verir ki, sözügedən ərazidə FHN qüvvələri gecə saatlarında da fəaliyyət göstərirlər.

***

14:19

Dünən axşam saatlarında bir nəfərin "Baksol" adlanan ərazidə kanalizasiya kollektoruna düşdüyü ehtimal olunur.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, axtarışlar aparılır. 

***

14:93

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla bağlı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3516

Oxşar yazılar