Bakıda  intihara cəhdin   qarşısı alındı
29 mart 2022 10:09 (UTC +04:00)

Bakıda intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

# 1353
avatar

Mehman Nəbiyev

Oxşar yazılar