Bakıda insanları məcburi işlədən ferma müdirinə  AĞIR CƏZA
05 aprel 2022 14:56 (UTC +04:00)

Bakıda insanları məcburi işlədən ferma müdirinə AĞIR CƏZA

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fazil İsmayılovun Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında Azərbaycan vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı aşkar edilib və o, şübhəli şəxs qismində tutulub.  

Nazirlikdən Lent.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-2.2.1, 144-1.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib.  

Məhkəmənin hökmünə əsasən F.İsmayılov Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Fidan İlqar

Oxşar yazılar