Bakıda iki avtomobil toqquşub, ölən var
04 sentyabr 2021 14:18 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Pirallahı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri N.Qasımovun idarə etdiyi “Mercedes” və Fərman Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində F.Məmmədov hadisə yerində ölüb, N.Qasımovun 3 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Oxşar yazılar